AP agentliyi İsrailin BMT-dəki səfiri Dani Danonun sözlərinə istinadən bildirib ki, Netanyahu 23 sentyabr axşamı Nyu-Yorka gələcək, 24 sentyabrda Baş Assambleyada çıxış edəcək və elə həmin gecə İsrailə qayıdacaq. Danon Netanyahunun iştirakına «başqa seçim olmadığını» deyib.
Nyu-York meri Zohran Məmdani əvvəllər Netanyahunu "hərbi cinayətkar" adlandıraraq onun həbs edilməsini tələb etmişdi, lakin sonradan aydın olub ki, Nyu-York bələdiyyəsinin Beynəlxalq Cinayət Məhkəməsinin qərarını icra etmək üçün qanuni səlahiyyəti yoxdur. Məmdani bundan sonra ABŞ federal hökumətindən bu istiqamətdə addım atmasını istəyib. ABŞ və İsrail Beynəlxalq Cinayət Məhkəməsinin üzvü deyil.
Danon da öz növbəsində Məmdanini "siyasi manevr etməkdə" ittiham edərək bildirib ki, Netanyahunun BMT sammitindəki iştirakı İsrail üçün əhəmiyyət daşıyır.