Yəmənin rəsmi hökumətinə bağlı silahlı qüvvələr bildirib ki, Hüdeydə vilayətindəki Heysi qəzasının tam nəzarətini husilərdən geri alıblar. Bu, Hüdeydə, Təiz və İbb şəhərlərini bir-birinə bağlayan strateji əhəmiyyətli bir bölgədir.
Dövlət qüvvələri "X" şəbəkəsində yaydıqları bəyanatda bildirib ki, Heys şəhərinin təhlükəsizliyini təmin etdikdən və ona bağlı kənd bölgələrini geri aldıqdan sonra bu qəzanın tam nəzarətini ələ keçiriblər.
Yəmənin rəsmi "Səba" xəbər agentliyi də bir hərbi mənbəyə istinadən xəbər verib ki, dövlət qüvvələri Təizin qərbindəki Əl-Bərəh kəsişməsi ətrafındakı bölgələri geri alıb və husilərin mövqelərinə doğru irəliləyiblər. Mənbənin sözlərinə görə, bu döyüşlərdə onlarla husi döyüşçüsü öldürülüb və ya yaralanıb.