ArazNews
Ana Səhifə / İran / Pezeşkian: ABŞ iyun razılaşmasına qayıtsın, Tehran da dərhal addım atacaq
İran

Pezeşkian: ABŞ iyun razılaşmasına qayıtsın, Tehran da dərhal addım atacaq

Pezeşkian: ABŞ iyun razılaşmasına qayıtsın, Tehran da dərhal addım atacaq

Məsud Pezeşkian Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı ölkə başçılarının sammitində bəyan edib ki, İslam Respublikası öz öhdəliklərinə yalnız o halda sadiq qalacaq ki, ABŞ da öz öhdəliklərini yerinə yetirsin.

İSNA agentliyinə istinadən, Pezeşkian deyib ki, əgər Vaşinqton iyunda əldə edilmiş müvəqqəti razılaşma çərçivəsindəki öhdəliklərinə qayıtsa, Tehran da "dərhal" qarşılıqlı addım atacaq. O vurğulayıb ki, davamlı təhlükəsizlik qarşılıqlı etimad, ölkələrin suverenliyinə hörmət və dialoq yolu ilə əldə edilir.

Bu mövqe elə bir vaxtda ortaya qoyulur ki, Hörmüz boğazında münaqişələrin yenidən kəskinləşməsindən sonra Pezeşkian bir daha diplomatik həll yoluna vurğu edib və bildirib ki, müharibənin davam etməsi tərəflərdən heç birinin xeyrinə deyil.