ArazNews
Ana Səhifə / Xəbər / Azərbaycanda güclü yağış üçün xəbərdarlıq edilib
Xəbər

Azərbaycanda güclü yağış üçün xəbərdarlıq edilib

Azərbaycanda güclü yağış üçün xəbərdarlıq edilib

Hava proqnozu qurumu yaydığı xəbərdarlıqda bildirib ki, yağışlı hava dalğası sabah, bazar günü, 8 şəhrivərdə (30 avqust) ölkəyə daxil olacaq və bazar ertəsinə qədər davam edəcək.

Sabah Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Gilan, Zəncan və Kürdüstanın şimal yüksəkliklərinə bu yağış dalğasının təsiri düşəcək.

Bazar ertəsi isə Qərbi Azərbaycanın şimal yarısında, Şərqi Azərbaycanın şimal və şərq bölgələrində, Gilan və Ərdəbilin yüksəkliklərində güclü yağış, ildırım, şiddətli külək və dolu ehtimalı var.

Sel gəlməsi, mövsümi çayların daşması, küçələrin su altında qalması və nəqliyyatda gecikmələrin yaranması gözlənilir.

Hava proqnozu qurumu vətəndaşlardan çay və sel yataqlarının kənarında gəzməkdən, zəruri olmayan səfərlərdən və köhnə ağaclarla yarımçıq tikililərin yanında maşın saxlamaqdan çəkinmələrini xahiş edib.