İran prezidenti Məsud Pezeşkian bildirib ki, Azərbaycan, Səudiyyə Ərəbistanı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Oman, Misir və Türkmənistanla anlaşmaya nail olmaq üçün zəmin mövcuddur. O, diplomatiyanın gücləndirilməsi və bu istiqamətdə daha çox vaxt sərf edilməsi tələbini irəli sürüb.
Pezeşkian İranın qonşularına münasibətdə baxışının dəyişdirilməsini zəruri hesab edib və sual verib ki, ortaq əməkdaşlıq vasitəsilə regionun təhlükəsizliyini təmin etmək mümkün olduğu halda, nə üçün İslam ölkələri ilə qarşıdurmaya getmək lazımdır.
İran prezidenti bu məqsədə çatmağın yolunu səfər, dialoq və ikitərəfli qarşılıqlı əlaqə kimi qiymətləndirib. O vurğulayıb ki, əgər zor dilinə əsaslanmaq əvəzinə müsəlman ölkələrlə əməkdaşlıq qurulsa, qarşı tərəf də eyni məntiqə müraciət edəcək.