Həmməti çərşənbə axşamı bir televiziya müsahibəsində İran ilə ABŞ arasındakı atəşkəs razılaşmasının bərpa olunacağına və tərəflər arasında danışıqların yenidən başlayacağına ümid etdiyini bildirib.
Amerikanın Səsi radiosunun məlumatına görə, Sepah Pasdaranın gəmilərə hücumlarından sonra ABŞ-ın dəniz mühasirəsinin bərpa edilməsi ilə İranın neft ixracı dayandırılıb. Kepler şirkəti də bildirib ki, 83 milyon barrel İran nefti Asiya sularında neft tankerlərində saxlanılır, lakin İranın Çinə gündəlik neft satışı cari ayın ilk üç həftəsində təxminən 556 min barrelə düşüb. Müharibədən əvvəl Çin İrandan gündəlik 1,5 milyon barreldən çox neft alırdı.
Həmməti deyib ki, İranın Qətər və İraq kimi ölkələrdən fərqi ondan ibarətdir ki, həmin ölkələr öz ehtiyatlarına çıxış əldə edə bilirlər, lakin İranın ehtiyatları "amerikalılar tərəfindən bloklanıb" və oradan vəsait çıxarmaq mümkün deyil.