Böyük Tehranın Yol Polisi avtomobil nömrə nişanı ilə bağlı pozuntulara görə tətbiq olunan cərimələrin təfərrüatlarını açıqlayıb; pozuntunun növündən asılı olaraq cərimələr 90 mindən 700 min tümənədək dəyişir.
Sepah Qvardiyasına yaxın Tesnim agentliyinə istinadən bildirilib ki, yad nömrə nişanının taxılması və ya nişanın standartında dəyişiklik edilməsi 350 min tümən, ön və ya arxa nömrə nişanının olmaması, habelə onun oxunaqsız olması isə 400 min tümən cərimə ilə nəticələnir.
Həmçinin nömrə nişanının quraşdırılma yerinin dəyişdirilməsi və ağır yük və sərnişin daşıyan avtomobillərin arxa hissəsində daha böyük ölçülü nişanın quraşdırılmaması 90 min tümən cəriməyə səbəb olacaq.
Polis bildirib ki, nömrə nişanı ilə bağlı digər bəzi pozuntular da 700 min tümənədək cərimə ilə nəticələ bilər.