Donald Tramp ABŞ ilə İran İslam Respublikası arasında danışıqların bazar ertəsi günündən başlayacağını bəyan etsə də, Pakistan rəsmiləri Tehran və Vaşinqton arasında birbaşa danışıqların keçirilməsi üçün hələ heç bir dəqiq tarix və ya yerin müəyyənləşdirilmədiyini açıqlayıblar.
Pakistan rəsmilərinin sözlərinə görə, iki tərəf arasında birbaşa danışıqların vaxtı, yeri və mexanizmi barədə indiyədək rəsmi razılaşma əldə olunmayıb və diplomatik məsləhətləşmələr davam etməkdədir.
Daha əvvəl Tramp İran İslam Respublikası ilə danışıqların Vaşinqton vaxtı ilə bazar ertəsi günü axşamdan başlayacağını bildirmişdi və bu danışıqların məqsədinin Hörmüz boğazı və İranın nüvə proqramı ilə bağlı razılaşmalara nail olmaq olduğunu vurğulamışdı.