ArazNews
Ana Səhifə / Dünya / Türkiyə və İraq Kərkük-Ceyhan boru kəməri ilə yeni neft nəqli müqaviləsi imzalayıb
Dünya

Türkiyə və İraq Kərkük-Ceyhan boru kəməri ilə yeni neft nəqli müqaviləsi imzalayıb

Türkiyə və İraq Kərkük-Ceyhan boru kəməri ilə yeni neft nəqli müqaviləsi imzalayıb

Türkiyə və İraq İraq neftinin Türkiyənin Ceyhan limanı vasitəsilə dünya bazarlarına nəql edilməsi üçün yeni birillik müqavilə imzalayıb.

Müqaviləyə əsasən, İraqın Kərkük-Ceyhan boru kəməri vasitəsilə gündəlik 750 min barrel nefti nəql ediləcək. Hazırda isə bu boru kəməri ilə gündə təxminən 170 min barrel neft daşınır. Bu neft nəqli marşrutunun nominal tutumu gündəlik 1,5 milyon barrel olaraq açıqlanıb.

Türkiyənin energetika naziri Alparslan Bayraktar şənbə günü müqavilənin imzalanması mərasimində bildirib ki, Hörmüz boğazında böhran yaranarsa, Kərkük-Ceyhan boru kəməri regionun neft ixracı üçün strateji alternativ marşrut kimi mühüm rol oynaya bilər.

Bu razılaşma, Ankaranın İraqın energetika sektorunda öz iştirakını genişləndirməyə çalışdığı bir şəraitdə imzalanıb. Bu yaxınlarda Türkiyənin neft şirkəti də Kərkük bölgəsindəki beş neft yatağının səhmlərinin 15 faizini almaq üçün müqavilə imzalayıb. Bu yataqların ehtiyatları təxminən üç milyard barrel neft olaraq qiymətləndirilir.