ArazNews
Ana Səhifə / Xəbər / Türkiyədə meşə yanğınları: 163 yanğın söndürüldü, Aydın və Balıkəsir hələ də yanır
Xəbər

Türkiyədə meşə yanğınları: 163 yanğın söndürüldü, Aydın və Balıkəsir hələ də yanır

Türkiyədə meşə yanğınları: 163 yanğın söndürüldü, Aydın və Balıkəsir hələ də yanır

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri bildirib ki, dünəndən bu yana ölkə genelində 169 meşə yanğınına müdaxilə edilib, bunların 163-ü tam söndürülüb. Aydının Çinə və Balıkəsirin Göməç rayonlarında yanğın hələ də davam edir.

Anadolu agentliyinə və Türkiyə mediasına istinadən xəbər verilir ki, Kənd Təsərrüfatı və Meşəçilik naziri İbrahim Yumaklı bu gün səhər açıqlayıb: Antalya-Kaş və İsparta-Eğirdir yanğınları tam söndürülüb, Fəthiyə, Alanya və Gülnar yanğınları isə böyük ölçüdə nəzarət altına alınıb.

Aydının Çinə rayonunda dünən saat 15 radələrində Kavşıt məhəlləsindən başlayan yanğın gecəni də əhatə etdi; söndürmə işlərində 9 helikopter, 3 təyyarə, 42 yanğınsöndürən maşın, 9 su tankeri və 4 buldozer iştirak edir. Daha əvvəl Kavşıt yaylağında 5 ev zərər görmüş, 30 ev isə boşaldılmışdı. Güclü külək Balıkəsirdə qrupların işini çətinləşdirir.