ArazNews
Ana Səhifə / İnsan Haqları / Səpah kəşfiyyatı kürd mədəniyyət fəalını və ailəsinin iki üzvünü güllələyib
İnsan Haqları

Səpah kəşfiyyatı kürd mədəniyyət fəalını və ailəsinin iki üzvünü güllələyib

Səpah kəşfiyyatı kürd mədəniyyət fəalını və ailəsinin iki üzvünü güllələyib

Səpah Keşikçiləri Korpusunun kəşfiyyat qüvvələri bazar günü, 4 Mordad (26 iyul) Kürdüstan Fotoqraflar Evinin rəhbəri və keçmiş siyasi məhbus Mehdi Tökalini bacısı Sumiyyə Tökalı və anaları Məryəm Əslanı ilə birlikdə Banə–Mərivan yolunda güllə yağışına tutub; üç nəfər də həlak olub.

Bu üç kürd vətəndaşın cənazəsi bazar ertəsi, 5 Mordad (27 iyul) şiddətli təhlükəsizlik tədbirləri şəraitində Sənnəcin «Behişti Məhəmmədi» qəbiristanlığında torpağa tapşırılıb. Kürdüstan İnsan Haqları Şəbəkəsinin məlumatına görə, təhlükəsizlik orqanları qurbanların ailələrini yaxınlarının yol qəzasında həlak olduğunu elan etməyə məcbur edir; cənazələri isə yalnız sükut şərti ilə təhvil verəcəklərini bildirib.

Eyni zamanda hökumət mediası və polis qərargahının sözçüsü bu qətliamı «bir Kürdüstan partiyasına bağlı silahlı şəxslərlə toqquşma» kimi təqdim edib.