ArazNews
Ana Səhifə / Azərbaycan / Bayramov və Lavrov: Azərbaycan və Rusiyanın münasibətləri normal məcraya qayıdır
Azərbaycan

Bayramov və Lavrov: Azərbaycan və Rusiyanın münasibətləri normal məcraya qayıdır

Bayramov və Lavrov: Azərbaycan və Rusiyanın münasibətləri normal məcraya qayıdır

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov rus həmkarı Sergey Lavrovla görüşündə iki ölkə arasındakı münasibətlərin normal məcraya qayıtdığını bildirib. Bakı ilə Moskva arasında dayandırılmış birbaşa uçuşların bir qisminin yaxın zamanda bərpa ediləcəyi qeyd edilib.

Tərəflər Rusiya-Azərbaycan birgə universitetinin yaradılması və Şimal-Cənub dəhlizində əməkdaşlığın genişləndirilməsi məsələlərini vurğulayıb.

Bakı ilə Moskva arasındakı münasibətlər son illərdə Rusiyanın düşmənçilik siyasəti səbəbindən gərginləşmişdi; xüsusilə Azərbaycan Respublikasına məxsus sərnişin təyyarəsinin Rusiya tərəfindən hədəf alınmasından sonra.