ArazNews
Ana Səhifə / Dünya / Husilar Səudiyyə Ərəbistanının dəniz mühasirəsini elan etdikdən sonra gəmilərə radio xəbərdarlığı göndərib
Dünya

Husilar Səudiyyə Ərəbistanının dəniz mühasirəsini elan etdikdən sonra gəmilərə radio xəbərdarlığı göndərib

Husilar Səudiyyə Ərəbistanının dəniz mühasirəsini elan etdikdən sonra gəmilərə radio xəbərdarlığı göndərib

Beynəlxalq Dənizçilik Palatası Fransa Haber Ajansına bildirib ki, İslam Respublikasının dəstəklədiyi Husilar «Səudiyyə Ərəbistanının dəniz mühasirəsi»ni elan etdikdən sonra bölgədəki gəmilərə radio xəbərdarlıq mesajları göndərib.

Məlumata görə, ötürülən mesajlarda gəmilərdən Səudiyyə limanlarına yaxınlaşmamaqları tələb olunub. Bu xəbərdarlıqlar ticarət gəmilərinə hücumların artması və Qırmızı dənizdə və Ədn körfəzində təhlükəsizliyin pisləşməsi ilə bağlı narahatlıqları daha da artırıb.

Husilərin yeni təhdidi bundan əvvəl bir neçə neft tankeri və ticarət gəmisinin marşrutunu dəyişdirməsinə səbəb olmuşdu; onların bir qismi Səudiyyə limanlarına doğru hərəkəti davam etdirmək əvəzinə istiqamətlərini Süveyş kanalına və ya Qırmızı dənizin açıq sularına yönəldib.