Almaniya kansleri Fridrix Merts bildirib ki, Berlin gələn illərdə Azərbaycan Respublikası ilə enerji təchizatı sahəsindəki əməkdaşlığı genişləndirməyi nəzərdə tutur.
Merts Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib ki, Almaniya qaz idxalı mənbələrini şaxələndirməyə çalışır və Azərbaycan Respublikası enerji artıqlığına malik olduğundan Berlinin bu sahədəki mühüm tərəfdaşlarından birinə çevrilə bilər.
Almaniya kansleri qeyd edib ki, Azərbaycan Respublikası ilə enerji əməkdaşlığının inkişafı xüsusilə Almaniyanın cənub bölgələrinin enerji təchizatında əhəmiyyətli rol oynaya bilər; zira həmin bölgələrə enerjinin ötürülməsi üçün lazımi infrastruktur ya mövcuddur, ya da inkişaf etdirilə bilər. Merts əlavə edib ki, aparılan danışıqlar Berlin ilə Bakı arasındakı əməkdaşlıq üçün yeni perspektivlər açıb.