İslam Respublikası ordusunun baş komandanı general Hatəmi ilk dəfə olaraq quru döyüşünün yaxınlaşdığını etiraf edib. O, xəbərdarlıq edib ki, düşmən qüvvələri İranın ərazisinə daxil olarsa, ordu bütün gücü ilə döyüşə girəcək.
Hatəmi həmçinin iddia edib ki, ordunun qırıcıları düşmənə məxsus bir F-5 təyyarəsini və bir Patriot sistemini hədəf alıb. Onun iddiasına görə, həmin zərbə zamanı həmin bazada yerləşən bir neçə F-15 və F-16 da bombalanıb, İran pilotları isə salamat olaraq ölkəyə qayıdıb.