ArazNews
Ana Səhifə / İran / SEPAH-dan ABŞ-ın «Kuh-e Kolang»a olası hücumu barədə xəbərdarlıq: Müharibə bütün bölgəyə yayılacaq
İran

SEPAH-dan ABŞ-ın «Kuh-e Kolang»a olası hücumu barədə xəbərdarlıq: Müharibə bütün bölgəyə yayılacaq

SEPAH-dan ABŞ-ın «Kuh-e Kolang»a olası hücumu barədə xəbərdarlıq: Müharibə bütün bölgəyə yayılacaq

Xatəm əl-Ənbiya qərargahı ABŞ-ın İranın nüvə obyektlərinə olası hücumunun nəticələri barədə açıqlama yayaraq xəbərdarlıq edib ki, belə bir hücum müharibənin bütün bölgəyə yayılması demək olacaq.

Xatəm əl-Ənbiya qərargahının açıqlamasına əsasən, bu hücuma cavab olaraq «ABŞ-ın bütün maraqları, müttəfiqləri və onları dəstəkləyənlər İslam Respublikası İranının silahlı qüvvələrinin hücumunun hədəfinə çevriləcək».

Bu xəbərdarlıq ABŞ prezidenti Donald Trampın son günlərdə, o cümlədən çərşənbə axşamı «tezliklə Kuh-e Kolanga» hücum ediləcəyini təhdid etdiyi bir vaxtda yayılıb. Bildirildiyinə görə, İranın Natənzin yaxınlığındakı Kuh-e Kolang dağının dərin qatlarında başqa bir nüvə qurğusu yerləşir; bu qurğunun böyük dərinlikdə olması səbəbindən bunker yaradan bombalardan belə qorunduğu ehtimal edilir.