Möctəba Xameneyiyə aid bir mesajda İran ilə ABŞ arasındakı anlaşmanın pozulması «ABŞ prezidentinin imzasının dəyərsizliyinin» göstəricisi kimi qiymətləndirildi. Həmin mesajda zorakılıq və «vəhşilik» ABŞ-ın ayrılmaz xüsusiyyəti kimi təqdim edilib.
Mesajda ABŞ müharibə törətməkdə ittiham edilib və bildirilir ki, İran xalqı və «müqavimət cəbhəsi» Vaşinqton üçün unudulmaz dərslər hazırlayır. Mesajın digər hissəsində xalq ilə məsullar arasındakı «vəhdətə» xüsusi vurğu edilib.