General-polkovnik Mühsən Rzayı xəbərdarlıq edib ki, əgər ABŞ-ın hücumları bir neçə gün daha davam edərsə, İslam Respublikası «tam hücum mərhələsinə» keçəcək. Onun sözlərinə görə, bu mərhələdə İran artıq yalnız cavab tədbirləri ilə kifayətlənməyəcək və heç bir siyasi sərhəd İranın hücumundan təhlükəsiz olmayacaq.
Rzayı əlavə edib ki, amerikalılar «İranın raket və pilotsuz uçuş aparatları dəstəsini» gözləməli olacaqlar və Trampın açıqlamalarına cavab meydanda veriləcək.
O həmçinin vurğulayıb ki, İslam Respublikası düşmən qüvvələrin Hörmüz boğazından keçməsinə və körfəzə daxil olmasına icazə verməyəcək, ABŞ-ın dünyanın bu enerji keçidindəki rolunu isə qəbul etmir.