İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) yayımladığı bəyanatda bildirib ki, "Nəsr-2 əməliyyatının səkkizinci dalğası" çərçivəsində Küveytdəki Əli əs-Saləm hərbi bazasındakı C-RAM sisteminin erkən xəbərdarlıq radarını və Umm Qəsr limanındakı ABŞ qüvvələrinin mövqelərini raket və pilotsuz uçuş aparatlarının birləşik zərbəsi ilə hədəf aldıqlarını açıqlayıb.
İİKK bu hücumu İranın cənub sahillərini və şəhərlərini əvvəlki gecə hədəf alan təcavüzlərə cavab olaraq dəyərləndirdiyini bildirib. Bəyanatın başqa bir hissəsində isə Küveyt xalqından öz ölkələrini ABŞ qüvvələrinin varlığından təmizləmələri tələb olunub.