ArazNews
Ana Səhifə / Bölgə / İran İslam İnqilabı Keşikçi Korpusunun Hörmüz Boğazında raket hücumu nəticəsində iki BƏƏ neft tankerinin heyət üzvləri həlak olub və yaralanıb
Bölgə

İran İslam İnqilabı Keşikçi Korpusunun Hörmüz Boğazında raket hücumu nəticəsində iki BƏƏ neft tankerinin heyət üzvləri həlak olub və yaralanıb

İran İslam İnqilabı Keşikçi Korpusunun Hörmüz Boğazında raket hücumu nəticəsində iki BƏƏ neft tankerinin heyət üzvləri həlak olub və yaralanıb

BƏƏ Müdafiə Nazirliyi çərşənbə axşamı X şəbəkəsində yayımladığı bəyanatda bildirib ki, «Mombasa» və «Al-Bahiyyə» adlı neft tankerləri Hörmüz Boğazının cənub dəhlizindən Omanın ərazi suları vasitəsilə keçərkən İranın silahlı qüvvələrinin iki kruiz raketi ilə hücumuna məruz qalıb. Bəyanata görə, «Mombasa» tankerinin Hindistan vətəndaşı olan bir heyət üzvü həlak olub, altı Hindistan və iki Ukrayna vətəndaşı olmaqla cəmi səkkiz nəfər yaralanıb, onlardan dördünün vəziyyəti ağırdır.

BƏƏ Müdafiə Nazirliyi bu «açıq hücumu» beynəlxalq hüququn kobud şəkildə pozulması adlandırıb və bu gərginliyə münasibətdə tam cavab vermək hüququnu özündə saxladığını vurğulayıb.

İslam İnqilabı Keşikçi Korpusu çərşənbə axşamı hücumun məsuliyyətini üzərinə götürərək bildirib ki, xəbərdarlıqlara məhəl qoymayaraq icazəsiz marşrutdan keçməyə cəhd edən iki «qanun pozucu supertanker»i hədəf alıb və fəaliyyətdən çıxarıb.