ArazNews
Ana Səhifə / İran / Tehran Trampın danışıqların bərpası ilə bağlı iddiasını rədd etdi
İran

Tehran Trampın danışıqların bərpası ilə bağlı iddiasını rədd etdi

Tehran Trampın danışıqların bərpası ilə bağlı iddiasını rədd etdi

İslam Respublikası İran, Tehranın Vaşinqtonla yeni danışıqlar turuna başlamaq üçün təmasda olduğuna dair xəbərləri rədd edərək bunları «saxta xəbər» adlandırıb.

İranın danışıqlar qrupunun baş üzvü Seyyid Məhəmməd Mərəndi bildirib ki, Tramp administrasiyası öz öhdəliklərini yerinə yetirmədikcə heç bir müzakirə olmayacaq. O, izləyicilərdən Trampın və Axios mediasının iddialarını nəzərə almamasını xahiş edib.

İranın danışıqlar qrupuna yaxın başqa bir mənbə də Fars xəbər agentliyinə açıqlamasında yeni danışıqların keçirilməsinə dair bütün xəbərləri «yanlış və əsassız» olaraq xarakterizə edib.