Beynəlxalq mediaya istinadən; Rəqəmsal avro, Avropa Mərkəzi Bankının nəzarəti altında fəaliyyət göstərəcək Avropanın rəsmi pulunun elektron versiyası olacaq. Bu valyutanın nağd pulla yanaşı istifadə edilməsi nəzərdə tutulur və müstəqil Avropa maliyyə infrastrukturu vasitəsilə birbaşa ödəniş, pul köçürməsi və internet alışları imkanı yaradacaq.
Avropa İttifaqı bu təşəbbüsü maliyyə müstəqilliyinin gücləndirilməsi və amerikan şirkətlərinə həddən artıq asılılığın qarşısının alınması istiqamətində atılmış addım kimi dəyərləndirir. Hüquqi çərçivənin yekunlaşdırılması halında, rəqəmsal avronun məhdud sınağı 2027-ci ildən başlayacaq, ehtimal olunan tam tətbiqi isə yanvar 2029-cu ildə həyata keçiriləcək.
Rəqəmsal avro mərkəzi bank puludur və etibarlılıq baxımından nağd əskinasa bənzəyir. Avropanın məqsədi odur ki, rəqəmsal ödənişlər yalnız Visa, Mastercard və ya xarici şirkətlər kimi şəbəkələrdən asılı olmasın.