ArazNews
Ana Səhifə / İran / İran məmurlarının böyük iddialar irəli sürməsi davam edir; İslam İnqilabı Keşikçiləri Korpusu: Xaməneyinin qətlinə görə ABŞ ordusundan intiqam alacağıq
İran

İran məmurlarının böyük iddialar irəli sürməsi davam edir; İslam İnqilabı Keşikçiləri Korpusu: Xaməneyinin qətlinə görə ABŞ ordusundan intiqam alacağıq

İran məmurlarının böyük iddialar irəli sürməsi davam edir; İslam İnqilabı Keşikçiləri Korpusu: Xaməneyinin qətlinə görə ABŞ ordusundan intiqam alacağıq

İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı Əhməd Vahidi bəyan edib ki, sözdə «şəhid rəhbər»in qətli müqavimət bayrağını yerə salmayacaq. O vurğulayıb ki, bu qətlin təşkilatçılarını, xüsusilə ABŞ ordusunu, ədalət tam bərpa olunana qədər cəzalandırmaq uğrunda mübarizə davam edəcək.

Eyni zamanda Milli Təhlükəsizlik Komissiyasının üzvü İsmail Kovsəri Birləşmiş Ərəb Əmirliklərini «ağır qiymət» ödəməklə hədələyib. O iddia edib ki, bu ölkə ABŞ-ın İranın infrastrukturuna qarşı son hücumlarında pərdəarxası rol oynayıb.

Kovsəri bildirib ki, Əbu-Dabi Vaşinqtonla həmrəy olmaqla özünü İslam Respublikasının düşmənlərinin yanında yerləşdirib və bu əməkdaşlığın xərclərini ödəməli olacaq.