ArazNews
Ana Səhifə / Dünya / İsrail Ordusu Baş Qərargah rəisi: İranla döyüş hələ bitməyib
Dünya

İsrail Ordusu Baş Qərargah rəisi: İranla döyüş hələ bitməyib

İsrail Ordusu Baş Qərargah rəisi: İranla döyüş hələ bitməyib

İsrail Ordusu Baş Qərargah rəisi Eyal Zamir, İrana qarşı hərbi əməliyyatın başa çatmadığını və ordunun bu qarşıdurmanın növbəti mərhələlərinə hazırlandığını bildirib.

Zamir Hava Qüvvələrinin pilot məzuniyyət mərasimində deyib: «İranla döyüş hələ bitməyib. Masada yeni planlar var və önəmli əməliyyatlar gözləyir. Hazır olun.»

O, həmçinin İsrail Ordusunun hazırlıq vəziyyətinə toxunaraq əlavə edib ki, son həftələrdə Hava Qüvvələrinə məxsus yüzlərlə qırıcı təcili qalxış üçün hazır vəziyyətdə saxlanılıb; ordu İran və Lübnanla bağlı inkişafları diqqətlə izləməkdə davam edir və dərhal müdaxilə üçün tam hazırlıq vəziyyətindədir.