ArazNews
Ana Səhifə / İran / ABŞ-ın İrana hücumları atəşkəs zamanı baş verdi: 14 nəfər həlak oldu, 78 nəfər yaralandı
İran

ABŞ-ın İrana hücumları atəşkəs zamanı baş verdi: 14 nəfər həlak oldu, 78 nəfər yaralandı

ABŞ-ın İrana hücumları atəşkəs zamanı baş verdi: 14 nəfər həlak oldu, 78 nəfər yaralandı

Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Hüseyn Kərmanpur X hesabında yazdığına görə, həmin hücumlar atəşkəs rejimi qüvvədə olarkən həyata keçirildi. Onun sözlərinə görə, yaralananların 47 nəfəri hələ də xəstəxanada müalicə alır, digər zərərçəkənlər isə tibbi yardım aldıqdan sonra xaric edilib.

Səhiyyə Nazirliyinin təqdim etdiyi statistikanın hərbçiləri əhatə edib-etmədiyini müəyyən etmək mümkün deyil. Bundan əvvəl İran ordusu ABŞ-ın ilk gecə hücumlarında hərbçilərindən 8 nəfərinin həlak olduğunu, İslam İnqilabı Keşikçiləri Korpusu isə öz sıralarından 1 nəfərin həlak olduğunu bildirmişdi.