Axios portalı və Wall Street Journal qəzeti Amerika mənbələrinə istinadən xəbər verib ki, İslam İnqilabı Keşikçiləri Korpusu bu gün sübh tezdən Hörmüz Boğazından keçən iki ticarət gəmisinə ən azı iki raket atıb.
Axios bir Amerika məmurundan istinadən bildirib ki, hər iki gəmi hücum nəticəsində zərər görüb, lakin hər hansı insan tələfatı barədə məlumat daxil olmayıb. ABŞ Ordusu Mərkəzi Komandanlığı (SENTKOM) bu günə qədər Reuters xəbər agentliyinin həmin gözarış ilə bağlı şərh istəyinə cavab verməyib.
Wall Street Journal-ın məlumatına görə, hədəf alınan gəmilərdən biri Qətərə məxsus şirkətin maye təbii qaz daşıyan tankerdir. Həmin gəmi Oman dənizindəki Hörmüz Boğazının girişində, sol tərəfdən, maşın otağının yuxarı hissəsindən vurulub.
Bu xəbərlər İran ilə ABŞ arasındakı dolayı danışıqların keçən həftə davamlı razılaşmaya doğru hər hansı irəliləyiş işarəsi olmadan başa çatmasının ardından yayılır; həmin danışıqlar İran, ABŞ və İsrail arasındakı son münaqişələrdən sonra elan edilmiş 60 günlük atəşkəs çərçivəsində aparılmışdı.