ArazNews
Ana Səhifə / İran / Almaniya XİN başçısı: İran Hörmüz boğazındakı minlərin təmizlənməsi xərclərini ödəməlidir
İran

Almaniya XİN başçısı: İran Hörmüz boğazındakı minlərin təmizlənməsi xərclərini ödəməlidir

Almaniya XİN başçısı: İran Hörmüz boğazındakı minlərin təmizlənməsi xərclərini ödəməlidir

Almaniyanın xarici işlər naziri Yohan Vadefonl bazar ertəsi, iyulun 15-də bildirib ki, İslam Respublikası nəticədə Hörmüz boğazındakı minlərin təmizlənməsinə yönəlik istənilən beynəlxalq əməliyyatın xərclərini ödəməlidir.

O, "Handelsblatt" qəzetinə verdiyi müsahibədə Avropa ölkələrinin Tehranın min təmizləmə missiyasına razılığını almaq üçün maliyyə təşviqləri təklif edib-etməyəcəyi sualına cavab olaraq deyib: "Biz Tehrana heç nə təklif etməyə ehtiyac duymurıq; əksinə, İran beynəlxalq bir dəniz yolunu qeyri-qanuni şəkildə minləyib."

Almaniya XİN başçısı əlavə edib: "Biz bunu digər Avropa tərəfdaşlarımızla birlikdə həyata keçiririk və hazırda bunun müqabilində hər hansı bir ödəniş almağı planlaşdırmırıq."

O, sözünə davam edərək deyib: "Bununla belə, prinsip etibarilə bu əsaslandırıla bilər — İran xərcləri ödəməlidir, çünki biz bu rejimin vurduğu zərəri aradan qaldırırıq."