Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı — Əli Xaməneyinin dəfn mərasimi ilə eyni vaxtda — bildirib: «Mən İranda hökumət dəyişikliyini axtarmırdım, baxmayaraq ki, bu hökumət dəyişikliyi baş vermişdir.» O, əlavə edib: «Birinci hökumət aradan getdi, ikinci hökumət aradan getdi. Üçüncü hökumət daha məntiqlidiir. Görərik.»
Tramp bundan əvvəl də bildirmişdi ki, ABŞ və İsrailin birgə zərbələri zamanı İslam Respublikasının rəhbərliyindən iki təbəqə aradan qaldırılıb və qalan məmurlar Vaşinqtonla razılığa gəlmək istəyir.
Bununla belə, bir çox analitik bu iddianı rədd edərək bildirir ki, baş verən hökumət dəyişikliyi deyil, eyni sistemin daha da radikallaşmasıdır; Vaşinqtonun «məntiqlı» adlandırdığı Məhəmmədbaqir Qalibaf kimi şəxs özü keçmiş Sepah komandiri olub, etirazçılara qarşı geniş miqyaslı repressiyalarda iştirakda ittiham edilir.