CNN Türk-ə istinadən Türkiyə Xarici İşlər Nazirliyi bildirib ki, bu ziyarət 7 və 8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammiti münasibətilə bazar ertəsi, 6 iyul günü saat 17:30-18:30 arasında baş tutacaq. NATO-nun üzv ölkələrinin daimi nümayəndələri və onların Ankaradakı səfirləri nümayəndə heyətinin tərkibinə daxildir.
Məlumatlara görə, NATO-nun 36-cı zirvə toplantısı 32 üzv ölkənin, o cümlədən ABŞ prezidenti Donald Trampın iştirakı ilə Ankarada keçiriləcək.
Tramp isə 7 iyul tarixində Anıtkabiri (Atatürkün məzarını) ziyarət etməklə səfərinin ilk proqramına başlayacaq, ardından Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək; həmin görüşdə milli "KAAN" qırıcısı üçün F-110 mühərrikinin satışı və Türkiyənin F-35 proqramına qayıdışı kimi məsələlər müzakirə olunacaq.