Kazım Ğəribabadi öz X hesabında paylaşım edərək İranı «məsuliyyətli güc və Hörmüz Boğazının təhlükəsizliyinin zəmanətçisi» adlandırıb, «bu həssas su yolundakı hər hansı hərbi hərəkətə» qarşı xəbərdarlıq edib.
O vurğulayıb ki, «Hörmüzün təhlükəsizliyi sahil dövlətlərinin öhdəliyindədir» və əlavə edib: «Böhran yaradan tərəflər öz macəraçılıqlarının nəticələrindən məsul olacaq; bu ciddi xəbərdarlıqdır.»
Bu açıqlamalar Britaniya Baş naziri Kir Starmer və Fransa Prezidenti Emmanuel Makronun birgə bəyannaməsinə cavab olaraq səslənib. İki ölkə şənbə günü elan etdi ki, Oman öz ərazi sularında — Hörmüz Boğazında — gəmiçiliyın təhlükəsizliyinin təmin edilməsi üçün əməkdaşlığa razılıq verib və London ilə Paris gəmiçilik azadlığını dəstəkləmək üçün daha geniş çoxmillətli hərbi missiya həyata keçirməyə hazırdır.
Makron həmçinin bildirib ki, «Şarl de Qol» aviasiya gəmisi Fransaya qayıdacaq, lakin ölkənin minatəmizləmə avadanlığı, iki freqat və bir dəniz patrul təyyarəsi regionda qalaraq Fransanın tərəfdaşları ilə koordinasiya çərçivəsində Hörmüz Boğazında gəmilərin təhlükəsiz keçidinin təmin edilməsinə kömək edəcək.