Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) aviasiya şirkətlərinə tövsiyə edib ki, atəşkəsin elan edilməsinə baxmayaraq, İran, İraq və Lübnанın hava məkanına daxil olmaqdan çəkinsinlər və regionda uçuşları tam ehtiyatla həyata keçirsinlər.
Reuters agentliyinə istinadən məlum olub ki, qurум atəşkəsin davamlılığına dair şübhələr və gərginliyin yenidən sürətlə artması ehtimalı səbəbindən münaqişə bölgələrinə aid xəbərdarlığı iyulun 8-dək uzadıb. Həmin xəbərdarlıq əvvəlcə iyulun 1-dək qüvvədə idi.
Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyinin qiymətləndirməsinə görə, regionda təhlükəsizlik vəziyyəti hələ də qeyri-sabit olaraq qalır və mülki aviasiya üçün mövcud olan potensial risklər tam aradan qaldırılmayıb.