ArazNews
Ana Səhifə / İran / Pəzəşkiyan: Hakimiyyətin məhdud bir dairənin əlində cəmləşməsi səmərəli idarəetmə prinsipləri ilə uyğun deyil
İran

Pəzəşkiyan: Hakimiyyətin məhdud bir dairənin əlində cəmləşməsi səmərəli idarəetmə prinsipləri ilə uyğun deyil

Pəzəşkiyan: Hakimiyyətin məhdud bir dairənin əlində cəmləşməsi səmərəli idarəetmə prinsipləri ilə uyğun deyil

İranın prezidenti Məsud Pəzəşkiyan hakimiyyətin məhdud bir qrup əlində cəmləşməsini tənqid edərək vurğulayıb ki, bu yanaşma səmərəli idarəetmə prinsipləri ilə uyğun deyil və ölkənin idarə edilməsində bütün səriştəli qüvvələrin iştirakı üçün şərait yaradılmalıdır.

Dövlət mediasına istinadən, Pəzəşkiyan ölkənin universitetlərinin idarəetmə kafedraları professorları ilə keçirilən məsləhət görüşündə deyib: «Hakimiyyətin və məsuliyyətin məhdud bir dairənin əlində cəmləşməsi səmərəli idarəetmə prinsipləri ilə uyğun deyil. İdarəetmə və icra sahələrində bütün səriştəli qüvvələrin iştirakı üçün zəmin yaradılmalı, eyni zamanda hesabatlılıq və məsuliyyət sistemi də gücləndirilməlidir.»

İslam Respublikasının prezidenti həmçinin idarəetmə sisteminin ən əsas problemi kimi bilik ilə icra arasındakı uçurumu göstərib və hökumətin universitetlərə daha geniş səlahiyyətlər vermək əzmindən xəbər verib.

Pəzəşkiyan bundan əvvəl də dəfələrlə hakimiyyətin ölkənin mərkəzində cəmləşməsini və qərarların orada qəbul edilməsini tənqid edərək, icra sisteminin qeyri-mərkəzləşdirilməsi və vilayətlərə daha geniş səlahiyyətlərin verilməsinin zəruriliyi barədə öz mövqeyini bildirmişdi.