ArazNews
Ana Səhifə / İran / İsrail: İranın kiber hücumları bir il ərzində üç dəfə artıb
İran

İsrail: İranın kiber hücumları bir il ərzində üç dəfə artıb

İsrail: İranın kiber hücumları bir il ərzində üç dəfə artıb

Reuters agentliyinə istinadən, İsrailin Milli Kiber Direktoratının rəhbəri Yossi Karadi Alman qəzeti Die Welt-ə verdiyi müsahibədə bildirib ki, 2025-ci ilin iyun ayında İsrailin İrana qarşı hərbi əməliyyatları ilə eyni vaxtda İsrailə qarşı təxminən 1 600 kiber hücumu qeydə alınmışdı, lakin 2026-cı ilin iyun ayında bu rəqəm təxminən 4 800 hadisəyə yüksəlib.

O qeyd edib ki, həmin hücumlar kritik infrastrukturu, dövlət qurumlarını, kiçik və orta müəssisələri, həmçinin bəzi hüquq və mühasibat ofislərini hədəf alıb.

Karadi əlavə edib: "Bu qrupların bir qismi son dərəcə peşəkardır. Biz indiyə qədər kritik infrastrukturu qorumağı bacarmışıq, lakin bu təhdidləri ciddi qəbul etməliyik, çünki kiber məkanda atəşkəs mövcud deyil."

İslam Respublikası adətən digər ölkələrə qarşı kiber hücumlar həyata keçirdiyini rədd edir və bunun əvəzinə özünə qarşı kiber hücumların baş verdiyini bəyan edir.