ArazNews
Ana Səhifə / İran / Trampın müavini: İranın pulları yalnız danışıqlar irəliləsə azad ediləcək
İran

Trampın müavini: İranın pulları yalnız danışıqlar irəliləsə azad ediləcək

Trampın müavini: İranın pulları yalnız danışıqlar irəliləsə azad ediləcək

ABŞ vitse-prezidenti Cey-Di Vens İsveçrəni tərk etməzdən əvvəl açıqlama verərək bildirib ki, Vaşinqtonun İslam Respublikası ilə aparılan danışıqlardakı meyarı İran rəsmilərinin bəyanatları deyil, «praktiki addımlar»dır.

Vens nüvə müfəttişlərinin İrana buraxılmasını «mühüm addım» kimi qiymətləndirib, lakin vurğulayıb ki, ABŞ Tehranın real fəaliyyətini yoxlayacaq və İranın bloklanmış aktivlərinin azad edilməsinə dair qərar danışıqların gediş-gedişatından asılı olacaq.

O həmçinin Hörmüz boğazını açıq saxlamaq və gəmilərin keçidini təmin etmək üçün mexanizm yaradıldığını xəbər verib. Vens bildirib ki, bu marşrutdan indiyədək təxminən 15 milyon barel neft keçib və bu, dünya bazarlarında neft və yanacaq qiymətlərinin aşağı düşməsinə kömək edib.

ABŞ vitse-prezidenti əlavə edib ki, Vaşinqton atəşkəsi qorumaq və regional gərginliklərin artmasının qarşısını almaq üçün eyni zamanda İsrail və Körfəz ərəb ölkələri ilə əməkdaşlıq edir.