ABŞ administrasiyası son gərginliklər zamanı Körfəz ərəb ölkələrinə dəyən zərərlərin kompensasiyası məqsədilə İranın aktivlərindən istifadə olunmasını nəzərdən keçirir.
ArazNews-un Reuters-ə istinadən verdiyi məlumata görə, Vaşinqton İranın bəzi aktivlərinin bölgədəki müttəfiq ölkələrin bərpası və zərərlərinin qarşılanmasına yönəldilməsini nəzərdə tutan plan üzərində işləyir.
Məlumata əsasən, ABŞ-ın maliyyə naziri Skott Bessent xüsusi qrupa Vaşinqtonun regional müttəfiqlərinə dəyən zərərlərin həcmini qiymətləndirmək tapşırığı verib. Reuters-ə danışan məlumatlı mənbə bildirib ki, ABŞ gələcəkdə baş verə biləcək mümkün zərərlərin kompensasiyası üçün də İranın aktivlərindən istifadə imkanlarını araşdırır.
Xəbər Tehran və Vaşinqton arasında müvəqqəti razılaşma əldə olunması istiqamətində aparılan danışıqların dalana dirəndiyi bir vaxtda yayılıb. Eyni zamanda tərəflər arasında hərbi gərginlik davam edir və son günlər İranın Küveyt və Bəhreynə raket və pilotsuz uçuş aparatları ilə hücumları, ABŞ-ın isə Qruq və Qeşm bölgələrindəki hədəflərə zərbələri barədə məlumatlar yayılıb.