ArazNews
Ana Səhifə / Xəbər / Zabul sərhədində silahlı toqquşma; İran altı nəfərin öldürüldüyünü iddia edir
Xəbər

Zabul sərhədində silahlı toqquşma; İran altı nəfərin öldürüldüyünü iddia edir

 Zabul sərhədində silahlı toqquşma; İran altı nəfərin öldürüldüyünü iddia edir


İran sərhəd qüvvələrinin komandanı Zabul sərhəd bölgəsində sərhədçilərlə silahlı qrup arasında baş verən toqquşmada altı nəfərin öldürüldüyünü iddia edib.


ArazNews-un məlumatına görə, Sepah-a yaxınlığı ilə tanınan Tasnim agentliyinin yaydığı xəbərdə İran Sərhəd Mühafizəsinin komandanı Əli Əkbər Cavidan İran ərazisinə daxil olmağa çalışan silahlı qrupun sərhəd qüvvələri ilə qarşıdurmaya girdiyini bildirib.


Onun sözlərinə görə, tərəflər arasında atışma baş verib və nəticədə hücumçu qrupun altı üzvü öldürülüb.


Cavidan həmçinin iddia edib ki, əməliyyatdan sonra hadisə yerindən iki tapança və müəyyən miqdarda sursat aşkarlanaraq götürülüb.


İran rəsmiləri öldürülən şəxslərin kimliyi və ya hansı qrupa bağlı olduqları barədə əlavə məlumat verməyiblər.