İran Çin təhlükəsizlik gəmisini Hörmüz yaxınlığında saxladı

Editorial Board · 3 saat əvvəl · 1 dəq oxu
 İran Çin təhlükəsizlik gəmisini Hörmüz yaxınlığında saxladı


İran Tramp və Si Cinpinin Pekində görüşünün başlaması ilə eyni vaxtda Çinin özəl təhlükəsizlik şirkəti “Sinoguards”a məxsus bir gəmini Hörmüz boğazı yaxınlığında saxlayıb.


Araz News-un Wall Street Journal-a istinadən verdiyi məlumata görə, “Hui Chuan” adlı gəmi Hörmüz boğazının girişində lövbər salmışdı və İran sularına aparıldıqdan sonra rejim rəsmiləri sənədlərin yoxlanılması və baxış keçirilməsi tələbi irəli sürüblər.


“Sinoguards” silahlı gəmi təhlükəsizliyi xidməti göstərir və bölgə limanlarında silah məhdudiyyətlərinə görə avadanlıqlarını “üzən arsenal” tipli gəmilərdə saxlayır. Şirkət Çin dövləti ilə əlaqəsini rədd etsə də, böyük Çin dövlət şirkətlərinin onun müştəriləri arasında olduğu bildirilir.


Bəzi analitiklər hesab edir ki, Tehran təhlükəsizlik gəmilərini saxlayıb,eyni zamanda ticarət gəmilərinin keçidinə icazə verərək Hörmüz boğazının təhlükəsizlik nəzarətinin hələ də İranın əlində olduğu mesajını verməyə çalışır.