İsrail BƏƏ-də İran hücumlarına qarşı lazer sistemi yerləşdirdi

1 saat əvvəl 1 dəq oxu Editorial Board
İsrail BƏƏ-də İran hücumlarına qarşı lazer sistemi yerləşdirdi


Məlumatlara görə,İsrailin qabaqcıl müdafiə sistemləri raket və PUA-ların qarşısını almaq üçün Birləşmiş Ərəb Əmirliklərinə ötürülüb.


İsrail İranla son qarşıdurmalar zamanı “Iron Beam” adlı lazer müdafiə sisteminin bir versiyasını BƏƏ-yə köçürərək raket və pilotsuz uçuş aparatlarına qarşı istifadə üçün təqdim edib.


Hesabatda qeyd olunur ki, İsrail həmçinin “Spektro” adlı aşkarlama sistemini də BƏƏ-yə verib;bu sistem PUA-ları 20 kilometr məsafəyədək aşkar etmək qabiliyyətinə malikdir.


Bu məsələ ilə bağlı regional bir rəsmi bildirib ki, bu qabaqcıl avadanlıqların yerləşdirilməsi “İsraillə əməkdaşlığın üstünlüklərini” göstərir.


Hesabatın davamında deyilir ki, “Dəmir Qübbə”sistemi də daha əvvəl BƏƏ-yə ötürülüb və bu sistemlərin qurulması və istifadəsi üçün İsrail qüvvələri ölkədə fəaliyyət göstərir.


Məlumatlı bir mənbənin sözlərinə görə,BƏƏ-də yerləşdirilən İsrail qüvvələrinin sayı “əhəmiyyətlidir”,lakin dəqiq rəqəm açıqlanmayıb.