İsrail baş nazirinin ofisi: Netanyahunun Vaşinqtona səfəri ilə bağlı proqram yoxdur

3 saat əvvəl 1 dəq oxu Editorial Board
 İsrail baş nazirinin ofisi: Netanyahunun Vaşinqtona səfəri ilə bağlı proqram yoxdur


İsrailin baş nazirinin ofisi onun ABŞ-a yaxın zamanda səfər edəcəyi ilə bağlı xəbərləri təkzib edib.


ArazNews-un The Times of Israel-ə istinadən verdiyi məlumata görə, İsrail baş nazirinin ofisi bildirib ki, gələn həftə Benyamin Netanyahu-nun Vaşinqtona səfəri ilə bağlı heç bir plan yoxdur.


Ofis yayılan məlumatlara reaksiyasında vurğulayıb: «Hazırda belə bir proqram gündəmdə deyil».


Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bildirmişdi ki, o, Netanyahunu və həmçinin Livan prezidenti Cozef Aunu Ağ Evə səfərə dəvət etməyi planlaşdırır, lakin bu görüş üçün hələlik konkret tarix müəyyən edilməyib.