Foreign Policy: Suriya ilə İsrail arasında Hizbullaha qarşı görünməmiş uyğunlaşma

6 saat əvvəl 1 dəq oxu Editorial Board
Foreign Policy: Suriya ilə İsrail arasında Hizbullaha qarşı görünməmiş uyğunlaşma


Məlumatlara görə, Bəşər Əsədin devrilməsindən sonra Suriya bəzi sahələrdə Hizbullaha qarşı mövqe tutaraq dolayı şəkildə İsraillə eyni istiqamətdə hərəkət edir.


Foreign Policy-yə məlumatına istinadən , Suriya prezidenti Əhməd əl-Şaraa bildirib: “Biz Livanla birlikdə Hizbullahın silahsızlaşdırılması üçün çalışırıq.” Bu mövqe indiyədək heç bir ərəb lideri tərəfindən açıq şəkildə ifadə olunmamışdı.


Suriya Daxili İşlər Nazirliyi son günlər Quneytra və Dəməşqdə Hizbullahla əlaqəli bir neçə sabotaj planının qarşısının alındığını açıqlayıb. Raket buraxılış sistemləri üçün uyğunlaşdırılmış bir mülki avtomobil aşkarlanıb, həmçinin Hizbullahla əlaqəsi ehtimal olunan şəxslər saxlanılıb.


Analizdə qeyd olunur ki, bu dəyişikliklər regionda güc balansının yenidən formalaşmasına işarə edir. Dəməşqin Hizbullah və ona bağlı şəbəkələrə qarşı daha sərt mövqe tutması,dolayı olaraq İsraillə ortaq maraqların yaranmasına səbəb olur.