ABŞ prezidenti Donald Tramp “Truth Social” platformasında paylaşım edərək İranın “çökmə vəziyyətində” olduğunu iddia edib.
ArazNews-un məlumatına görə, Tramp yazıb ki, İran rəsmiləri ona bu vəziyyətlə bağlı məlumat verib və Hörmüz boğazının tezliklə açılmasını istəyiblər.
O qeyd edib: “İran bizə bildirdi ki, ‘çökmə vəziyyətindədir’. Onlar bizdən xahiş edirlər ki, Hörmüz boğazını mümkün qədər tez açaq ki, öz rəhbərlik məsələlərini həll edə bilsinlər.”
Tramp paylaşımının sonunda əlavə təfərrüat verməyib və bu məlumatın hansı mənbədən gəldiyini açıqlamayıb.