Putin: “Müctəba Xameneidən məktub aldım”

1 saat əvvəl 1 dəq oxu Editorial Board
Putin: “Müctəba Xameneidən məktub aldım”


Rusiya prezidenti Vladimir Putin bildirib ki, ötən həftə Müctəba Xameneidən məktub alıb. Bu məsələ ilk dəfə İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüş zamanı açıqlanıb.


ArazNews-un məlumatına görə, yayılan görüntülərdə Putin deyir: “Rusiya İran kimi iki ölkə arasında strateji münasibətlərin daha da inkişafında maraqlıdır. Xahiş edirəm, bu məktuba görə Ali rəhbərə təşəkkürümü çatdırın və ona sağlamlıq arzuladığımı bildirin.”


Putin məktubun məzmunu barədə məlumat verməyib və bundan əvvəl Müctəba Xamenei tərəfindən belə bir məktubun göndərilməsi ilə bağlı heç bir xəbər yayılmamışdı. Bu açıqlama onun səhhəti ilə bağlı yayılan xəbərlər fonunda səsləndirilib.


Bu bəyanat Abbas Əraqçinin Sankt-Peterburqa səfəri zamanı verilib. Səfər İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səylərin dayandığı bir dövrə təsadüf edir.