Netanyahu: Trampa qarşı sui-qəsd xəbəri məni şoka saldı

4 saat əvvəl 1 dəq oxu Editorial Board
Netanyahu: Trampa qarşı sui-qəsd xəbəri məni şoka saldı


İsrailin baş naziri Vaşinqtonda baş verən silahlı insidentə reaksiya verərək Donald Trampın sağlam olmasından məmnunluq ifadə edib.


ArazNews-un The Times of Israel-ə istinadən verdiyi məlumata görə, Benyamin Netanyahu bildirib ki, Vaşinqtonda keçirilən mərasim zamanı baş verən “sui-qəsd cəhdi” onu şoka salıb.


O, Tramp və həyat yoldaşının təhlükəsiz olmasından sevindiyini deyib və yaralanan polis əməkdaşına tezliklə sağalma arzulayıb. Netanyahu həmçinin ABŞ Gizli Xidmətinin sürətli reaksiyasını yüksək qiymətləndirib.


Bununla belə, ABŞ rəsmiləri hələlik Trampın birbaşa hədəf alındığını təsdiqləməyib. Məlumata görə, saxlanılan şübhəli şəxs təhlükəsizlik qüvvələrinə Tramp administrasiyasının rəsmilərini hədəfə almağı planlaşdırdığını bildirib.