İran səfiri: Hörmüz boğazından keçid təhlükəsizliyi “yeni hüquqi rejim”lə təmin olunacaq

2 saat əvvəl 1 dəq oxu Editorial Board
 İran səfiri: Hörmüz boğazından keçid təhlükəsizliyi “yeni hüquqi rejim”lə təmin olunacaq


Tehran gəmilərin hərəkətini tənzimləmək üçün “yeni hüquqi sistem” tətbiq etdiyini açıqlayıb.


ArazNews-un məlumatına görə, Reuters-ə istinadən, İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib ki, Tehran yeni hüquqi rejim çərçivəsində Hörmüz boğazından keçən gəmilərin təhlükəsizliyini təmin edir.


O, “Vedomosti” qəzetinə müsahibəsində deyib ki, gəmilər müəyyən edilmiş təhlükəsizlik tədbirləri və hüquqi çərçivə əsasında bu marşrutdan keçə biləcək.


Cəlali həmçinin iddia edib ki, ABŞ və İsrailin İrana qarşı hücumları məqsədlərinə çatmayıb və İran bu hücumlardan sonra “daha da birləşmiş” vəziyyətə gəlib.