Çin və Rusiya Hörmüz boğazı ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsini veto etdi
Çin və Rusiya BMT Təhlükəsizlik Şurasında Hörmüz boğazının açılması və gəmiçiliyin təhlükəsizliyinin təmin olunması ilə bağlı qətnaməni veto edərək onun qəbuluna mane olub.
Araz News-un məlumatına görə, CNN-ə istinadən bildirilib ki, Bəhreyn tərəfindən təqdim olunan bu qətnamə ticarət gəmilərinin təhlükəsiz keçidinin qorunması, o cümlədən müşayiət edilməsi üçün ölkələr arasında koordinasiyanı nəzərdə tuturdu. Qətnamənin son variantında güc tətbiqinə icazə nəzərdə tutulmayıb.
Səsvermədə 11 ölkə qətnaməni dəstəkləyib, iki ölkə bitərəf qalıb, Çin və Rusiya isə sənədin əleyhinə səs verib. ABŞ nümayəndəsi bu addımı “körfəz ölkələrini qorxutmağa çalışan rejimə dəstək” kimi qiymətləndirib, Rusiya nümayəndəsi isə belə bir qətnamənin beynəlxalq hüquqda təhlükəli presedent yarada biləcəyini bildirib.