ABŞ vətəndaşlarına xəbərdarlıq etdi: Səudiyyə Ərəbistanına səfər etməyin

1 saat əvvəl 1 dəq oxu Editorial Board
ABŞ vətəndaşlarına xəbərdarlıq etdi: Səudiyyə Ərəbistanına səfər etməyin


ABŞ Dövlət Departamenti təhlükəsizlik vəziyyəti ilə əlaqədar vətəndaşlarına Səudiyyə Ərəbistanına səfər etməmək barədə xəbərdarlıq edib və bu il Həcc mərasimində iştirakla bağlı qərarların yenidən nəzərdən keçirilməsini tövsiyə edib.


Araz News-un məlumatına görə, açıqlamada bildirilib ki, 18 aprel tarixindən etibarən Məkkəyə giriş yalnız Həcc icazəsi, Məkkə iqaməsi və ya etibarlı iş icazəsi ilə mümkün olacaq və digər vizalara sahib şəxslər bu tarixdən əvvəl şəhəri tərk etməlidir. Bu məhdudiyyətlərin iyunun əvvəllərindən ortalarınadək davam edəcəyi qeyd olunub.


Eyni zamanda, ABŞ-ın Səudiyyə Ərəbistanındakı səfirliyi və konsulluqları bütün adi konsulluq xidmətlərini dayandırıb və yalnız amerikalı vətəndaşlara məhdud təcili xidmətlər göstərir.