ABŞ xüsusi qüvvələri İranda vurulan F-15-in ikinci heyət üzvünü xilas etdi

9 saat əvvəl 1 dəq oxu Editorial Board
 ABŞ xüsusi qüvvələri İranda vurulan F-15-in ikinci heyət üzvünü xilas etdi


ABŞ mediası İranda vurulan F-15 qırıcısının ikinci heyət üzvünün ABŞ xüsusi qüvvələri tərəfindən xilas edildiyini bildirib.


ArazNews xəbər verir ki, Axios-un üç amerikalı rəsmi şəxsə istinadən verdiyi məlumata görə, bu şəxs İranda itkin düşdükdən sonra xüsusi əməliyyat nəticəsində xilas olunub.


Məlumata əsasən, silah sistemləri zabiti olan bu şəxs katapultdan sonra yaralansa da, bir gündən çox müddətdə dağlıq ərazilərdə İran qüvvələrindən gizlənə bilib.


Bildirilir ki, əməliyyat geniş hava dəstəyi ilə həyata keçirilib və missiya başa çatdıqdan sonra bütün ABŞ qüvvələri İran ərazisini tərk edib.


Eyni zamanda, Sepah qüvvələrinin də həmin şəxsi tapmaq üçün bölgədə olduğu və əməliyyat zamanı qarşıdurmaların baş verdiyi qeyd olunur.


Donald Tramp bu əməliyyatı ABŞ hərbi tarixinin ən cəsarətli xilasetmə əməliyyatlarından biri kimi qiymətləndirib.