ABŞ-ın B-2 bombardmançıları ilə İsfahan yaxınlığında hücum iddiası

2 saat əvvəl 1 dəq oxu
 ABŞ-ın B-2 bombardmançıları ilə İsfahan yaxınlığında hücum iddiası


ArazNews-un Defence Geek-ə istinadən verdiyi məlumata görə, hərbi analiz sahəsində fəaliyyət göstərən bir hesab ABŞ-a məxsus iki ədəd B-2 bombardmançısının İran rejiminin İsfahan yaxınlığındakı raket obyektlərini hədəf aldığını iddia edib.


Məlumata görə, əməliyyat Böyük Britaniyadakı RAF Fairford bazasından həyata keçirilib və bombardmançılar missiyanı tamamladıqdan sonra Atlantik okeanı üzərindən geri qayıdır. Hesabatda KC-46 və KC-135 daxil olmaqla bir neçə yanacaq dolduran təyyarənin də əməliyyatda iştirak etdiyi qeyd olunur.


Bu iddia hələlik rəsmi mənbələr tərəfindən təsdiqlənməyib və zərərin miqyası və ya hədəflərin detalları barədə əlavə məlumat açıqlanmayıb.