Tramp: “Razılaşma mümkün olub-olmayacağını bilmirəm; İran əvvəl İsraili, sonra bölgəni və sonda bizi hədəf alacaqdı”

1 saat əvvəl 1 dəq oxu
 Tramp: “Razılaşma mümkün olub-olmayacağını bilmirəm; İran əvvəl İsraili, sonra bölgəni və sonda bizi hədəf alacaqdı”


ABŞ prezidenti Donald Tramp İranla müharibənin sona çatması üçün razılaşma əldə olunmasına dair əvvəlki optimist mövqeyindən geri çəkilərək, bu məsələdə şübhələrinin olduğunu bildirib.


ArazNews-un məlumatına görə, Tramp Nazirlər Kabinetinin iclasında deyib: “Razılaşma əldə edib-edə bilməyəcəyimizi bilmirəm”, lakin eyni zamanda iddia edib ki, İran razılaşma üçün ciddi şəkildə israrlıdır və əlavə edib: “Razılaşma üçün yalvaran onlardır, biz yox.”


Tramp həmçinin bildirib ki, ABŞ-ın hərbi əməliyyatları planlaşdırılandan daha sürətli irəliləyir və “doğru razılaşma” əldə olunacağı halda Hörmüz boğazının açılacağını qeyd edib.


O, İranın nüvə silahı əldə etməyə yaxın olduğunu iddia edərək bildirib ki, belə bir hal baş versəydi, Tehran əvvəl İsraili, sonra region ölkələrini və nəhayət ABŞ-ı hədəf alacaqdı.