ABŞ prezidenti Donald Tramp bildirib ki, Tehran nümayəndələri danışıqlarda “razılaşma üçün yalvarır” və xəbərdarlıq edib ki, İran ABŞ təklifinə ciddi yanaşmasa, “tezliklə çox gec olacaq”.
ArazNews-un Wall Street Journal-a istinadən verdiyi məlumata görə, Tramp sosial media hesabında İranın hərbi baxımdan “tam zəiflədiyini” iddia edib və geri dönüş üçün imkan qalmadığını vurğulayıb. O deyib: “Bu təklifi çox tez ciddiyə alsınlar, çünki gec olsa, artıq geri dönüş yolu olmayacaq.”
Eyni zamanda qəzet yazır ki, Tramp daxili müzakirələrdə müşavirlərinə İranla müharibəni yaxın həftələrdə başa çatdırmaq istədiyini bildirib və 4–6 həftəlik zaman çərçivəsini vurğulayıb. Mənbələrə görə, Ağ Ev bu qarşıdurmanı may ayında planlaşdırılan Si Cinpinlə görüşdən əvvəl yekunlaşdırmağa çalışır.
Mənbələr əlavə edib ki, ABŞ prezidenti bir tərəfdən münaqişəni gücləndirmək, digər tərəfdən isə siyasi razılaşmaya nail olmaq arasında tərəddüd edir.